10:00 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Norveç 2027-ci maliyyə ilində Ukraynaya 9,2 milyard dollar (85 milyard Norveç kronu) həcmində maliyyə dəstəyi verməyi planlaşdırır. Ölkə hökuməti bu məbləğin 2026-cı ildə ayrılan yardımla eyni səviyyədə olacağını açıqlayıb.
Norveçin Baş naziri Yonas Qar Störe Skandinaviya və Baltikyanı ölkələrin liderləri ilə birlikdə Kiyevə səfər edib. Baş nazir bildirib ki, ayrılan vəsait hərbi və humanitar xərclər üçün istifadə olunacaq.
Tədbir çərçivəsində Finlandiya və Ukrayna arasında da müqavilələr imzalanıb. Sənədlər Finlandiyada pilotsuz sistemlərin, həmçinin pilotsuz dəniz qurğularının birgə istehsalı və inkişaf etdirilməsini nəzərdə tutur.