Azərbaycanın İsveçrəyə neft ixracı 193,5 milyon dollara çatdı

12:22 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İsveçrəyə 193 milyon 596,32 min dollar dəyərində xam neft ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, İsveçrəyə ixrac olunan xam neftin dəyəri illik müqayisədə 3,6 dəfə və ya 139 milyon 738,47 min dollar artıb. Həcm ifadəsində isə ixrac 3 dəfə (182 min 804,45 ton) artaraq 272 min 501,37 ton təşkil edib.

Hesabat dövründə İsveçrənin Azərbaycanın ümumi neft ixracındakı payı 2,14% olub. Ümumilikdə, 7 ay ərzində gömrük rəsmiləşdirilməsi başa çatdırılmış məlumatlara əsasən, Azərbaycandan 11 ölkəyə 8 milyard 32 milyon 903,55 min dollar dəyərində 12 milyon 722 min 590,97 ton xam neft və neft məhsulları ixrac edilib.