14:41 - 22.08.2022
22 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, Anlaşma Memorandumu İranın paytaxtı Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı imzalanıb.
Həmçinin, bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.