15:00 - 7.06.2022
7 iyun, Fineko/abc.az. “Samsung” şirkətindən qatlanan ucuz telefon istehsal edəcəklərini açıqlayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə “PhoneArena” saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, artıq bu sahədə işə başlanılıb. Telefonun 7 düymlük əsas və 4 düymlük ikinci dərəcəli ekranı olacağı güman edilir.
Hazırda bazarda ən sərfəli qatlanan cihaz 2020-ci ilin fevralında satışa çıxarılan “Samsung Galaxy Z Flip”dir. Sözügedən model nə az, nə çox 1000 dollara satılır.
Müəllif: Elmir Murad
12 Avqust 2026