14:18 - 26.05.2022
26 may, Fineko/abc.az. Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
O deyib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir.
Onun sözlərinə görə, İT infrastrukturunun böyük hissəsi artıq qurulub.
12 Avqust 2026