16:56 - 27.04.2022
27 aprel, Fineko/abc.az. Mayın 15-dən “WhatsApp”ın biznes hesablarının sahibləri istədikləri təqdirdə ödənişli abunəyə qoşula biləcəklər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ödənişli abunəliyin bəzi üstünlüyü var. Onlardan biri odur ki, "Əlaqələndirilmiş cihazlar" bölməsində bir hesaba 10-a qədər cihaz qoşula biləcək.
Hazırda isə biznes hesabına maksimum 4 cihaz qoşula bilər. “WhatsApp” tərtibatçıları iddia edir ki, yenilik müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmaq məqsədi daşıyır. Abunənin qiyməti və şərtləri barədə məlumat açıqlanmayıb.
13 Avqust 2026
13 Avqust 2026