12:06 - 26.04.2022
26 Aprel, Fineko/abc.az. Bir müddət əvvəl Azərbaycanın bəzi rusdilli saytlarının Rusiyada qadağan olunduğunu yəqin ki, çoxlarınız xatırlayırsız.
ABC.AZ-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov sözügedən məsələyə toxunub.
Deputat qeyd edib ki, Azərbaycanın bəzi saytlarının Rusiyada qadağan olunmasına baxmayaraq Azərbaycanda “Sputnik-Azərbaycan” agentliyi fəaliyyət göstərir.
"Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”, - deyə V.Əhmədov vurğulayıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026