"Whatsapp"dan daha bir yenilik gözlənilir - Hazırda işlər gedir

15:46 - 14.04.2022


14 aprel, Fineko/abc.az. "Whatsapp"ın tərtibatçıları messencer proqramında birbaşa şəkil çəkmək imkanı üzərində işləyirlər.

ABC.AZ-ın məlumatına görə, bu barədə “WABetaInfo” portalın yeni funksionallıq üzərində aparılan işlərlə bağlı yaydığı məlumatda deyilir.

Məlumatda "Whatsapp"ın son yeniləmə proqramında təklif olunan alətlər dəstini genişləndirəcəyi açıqlanıb. Yeni rəsm alətləri dəsti istifadəçilərə şəkillər üzərində rəsm çəkməyə və ya onları qeydlə redaktə etməyə imkan verəcək.

Seçim dünyanın bəzi bölgələrində mövcud olan iOS üçün beta quruluşda sınaqdan keçirilir. Daha sonra test proqramı genişləndiriləcək.