17:18 - 13.04.2022
13 aprel, Fineko/abc.az. Rusiyanın ən böyük bankı olan “Sberbank”ın mobil əlavəsi “iOS” platformasından silinib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, aprelin 12-dən bankın mobil əlavəsini bu platformadan yükləmək və ya yeniləmək mümkün deyil.
ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra “App Store” bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Bankdan bildiriblər ki, əvvəl yüklənmiş əlavələr hazırda işləyir. Bundan əlavə, bank “Sberbank online” veb-saytından da istifadəni təklif edir.
12 Avqust 2026