Huawei Rusiyadakı fəaliyyətini dondurur - İşçilərini məzuniyyətə göndərdi

16:31 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Çinin nəhəng telekommunikasiya şirkəti "Huawei” Rusiya ilə əlaqələrini kəsmək qərarı verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət Rusiyqdakı fəaliyyətini dondurmaq üçün artıq işçilərini məzuniyyətə göndərib.

Bununla yanaşı şirkət Rusiyadan olan bütün yeni sifarişləri dayandırıb.

"Huawei” şirkətinin rəhbərliyi bunu Rusiyaya tətbiq edilən sanksiyalar fonunda işləməyin riskli olması ilə əlaqələndirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başlayandan şirkətin fəaliyyəti diqqət mərkəzinə düşüb.

Müəllif: Elmir Murad