12:26 - 4.04.2022
4 aprel, Fineko/abc.az. "Instagram"a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib.
ABC.AZ-ın məlumatına görə, bir müddət öncə "Instagram"ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini "Instagram" daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək.
Bu funksiyalar artıq istifadəyə verilib. Beləliklə, yeni funksiyalar arasında "Instagram"a daxil olan mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var.
Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.
Bundan əlavə, istifadəçilər bu və ya digər musiqilərin 30 saniyəlik fraqmentlərini də mesaj vasitəsilə göndərə biləcəklər.
12 Avqust 2026