16:58 - 11.03.2022
11 mart, Fineko/abc.az. Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
ABC.AZ xəbər verir ki, iclasda ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: “Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); “İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); “İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); “ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); “Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası). Müzakirələrdən sonra “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
12 Avqust 2026