09:57 - 5.03.2022
5 mart, Fineko/abc.az. “Samsung” öz məhsullarının Rusiyaya tədarükünü dayandırır.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, xüsusən də smartfon və çiplər istehsal edən elektronika istehsalçısı bütün məhsullarının Rusiyaya çatdırılmasını dayandırıb.
Şirkət Rusiyaya tədarükün dayandırılmasını logistika problemləri ilə izah edib.
Agentlik qeyd edir ki, Rusiyadakı Samsung müəssisələri hələlik istehsalda fasilələr barədə məlumat verməyiblər, lakin logistika ilə bağlı problemlər uzanarsa, bu baş verə bilər.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026