16:55 - 4.03.2022
4 mart, Fineko/abc.az. Ukrayna ilə həmrəylik əlaməti olaraq dünyanın ən zəngin insanlarından biri olan Bernar Arnonun sahibi olduğu “LVMH” dəb konqlomeratı ölkədə hərbi əməliyyatlardan zərərçəkənlərə yardım üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə 5 milyon avro (9 315 872 AZN) ayıracağını bəyan edib.
ABC.AZ xəbər verir ki, rəsmi bəyanatda qeyd olunur ki, “LVMH” qrupu Ukraynada 150 əməkdaşın təhlükəsizliyini təmin etmək və onlara lazımi maliyyə yardımı göstərmək niyyətindədir. Həmçinin açıqlamada qeyd olunur ki, şirkətin zərər çəkmiş əməkdaşları üçün də ayrıca ianələr toplanacaq.
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026