Google və Twitter də Rusiyada fəaliyyətini kiçildir - Detallar

14:38 - 4.03.2022


4 mart, Fineko/abc.az. Bildiyiniz kimi Rusiyaya sanksiyalar davam edir. Brent firmalar və böyük şirkətlər artıq ya Rusiyada fəaliyyətini dondurur, ya da şimal qonşumuza ixracı dayandırır.

ABC.AZ xəbər verir ki, "Google" da Rusiyada onlayn satışların reklamını dayandırıb.

Bununla yanaşı Ukrayna-Rusiya müharibəsi səbəbi ilə bölgədə xəritə tətbiqi olan Google Maps-in istifadəsi də dayandırılıb.

"Fövqəladə şəraitdə biz Rusiyada Google reklamlarına fasilə veririk. Vəziyyət sürətlə inkişaf edir və biz müvafiq olaraq yeniləmələri dərc etməyə davam edəcəyik", - şirkətin açıqlamasında deyilir.

Rusiyada reklamını dayandıran təkcə "Google" şirkəti olmayıb. Belə ki, sosial media nəhəngləri Twitter və Snap da Rusiyaya qarşı sanksiyalara qatılaraq bu ölkədə reklamlarını dayandırıb.

Müəllif: Elmir Murad