17:12 - 28.02.2022
28 fevral, Fineko/abc.az. Rusiyanın bir sıra KİV-ləri və dövlət strukturlarının saytları "Anonymous" haker qruplaşması tərəfindən kiberhücuma məruz qalıb.
ABC.AZ-ın məlumatına görə, iddia olunur ki, TASS agentliyi, "İzvestiya", "Kommersant", RBK, "Forbes", "Pravo.ru" və digər agentliklərin saytları bir müddət zəif işləyib.
Belə ki, adıçəkilən saytlarda nasazlıq yaranıb və bəzi yerlərdə ümumiyyətlə açılmayıb.
Bundan başqa, bir sıra Belarus nəşrinin saytlarının da hücuma məruz qaldığı bildirilib.
13 Avqust 2026
13 Avqust 2026