12:30 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan peyk xidmətlərindən 1 ildə dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac həyata keçirib.
ABC.AZ-ın məlumatına görə, bu “İxrac İcmalı”nın yanvar sayında öz əksini tapıb.
2021-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 11,4 milyon ABŞ dolları ilə Fransa, 10,4 milyon ABŞ dolları ilə ABŞ, 9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,9 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
12 Avqust 2026