16:01 - 19.01.2022
19 yanvar, Fineko/abc.az. Apple korporasiyasının yeni "iPhone SE" smartfonu 4,7 düymlük ekranla təchiz olunacaq.
ABC.AZ-ın məlumatına görə, analitiklər hesab edir ki, bununla yanaşı yeni "iPhone SE" 5G - beşinci nəsil şəbəkələrini də dəstəkləyəcək.
SE seriyasının növbəti modeli 4,7 düymlük IPS displeylə təchiz ediləcək. Analitik həmçinin smartfonun digər xüsusiyyətlərini sadalayıb: cihaz bütün yeni iPhone-lar kimi 5G dəstəyinə malik olacaq. Smartfonun dizaynı dəyişməz qalacaq.
Müəllif: Elmir Murad
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026