10:10 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. “Xiaomi 12 Ultra” flaqman smartfonunun yeni nəslinin hansı dizaynda olacağı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən smartfon qeyri-adi dizayna sahib olacaq. Ən diqqət çəkən hissəsi onun kamera modulu olacaq. O, nəhəng bərk temperli şüşə panellə örtüləcək.
Əsas kamera mərkəzdə və solda, periskop kamerası isə aşağıda yerləşəcək. “Xiaomi 12 Ultra” 2021-ci ilin dekabrında təqdim ediləcəyi gözlənilən “Xiaomi 12”nin təkmilləşdirilmiş versiyası olacaq.
Müəllif: Elmir Murad
12 Avqust 2026