12:08 - 29.11.2021
29 noyabr, Fineko/abc.az. Çinin ən məşhur mikrobloq platforması "Weibo"nun operatoru Honq Konq birjasında ikinci dərəcəli listinq vasitəsilə təxminən 547,3 milyon dollar cəlb etmək niyyətindədir.
ABC.AZ-ın məlumatına görə, Pekində yerləşən şirkət 11 milyon səhm buraxmağı planlaşdırır. Qeyd olunur ki, maksimal qiymət 388 Honq-Konq dollarını (49,75 ABŞ dolları) keçməyəcək. Ehtimallara görə, son yerləşdirmə qiyməti cümə axşamına qədər müəyyənləşəcək və dekabrın 8-dən səhmlərin birjada listinqinə başlanacaq.
Qeyd edək ki, "Weibo" mikrobloq xidməti 2009-cu ildə istifadəyə verilib.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026