Bu ölkədə internet qadağan olundu

10:24 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. Türkmənistanda 20-yə yaxın sahibkara internetdən istifadə etmək qadağan edilib.

ABC.AZ xəbər verir ki, Fərap və Dərqanat rayonlarında yaşayıb toy şənliklərinin foto və video çəkilişlərini edən iş adamları yeni qaydalara uyğun olaraq, 2025-ci ilə qədər internetdən istifadə edə bilməyəcəklər.

Sahibkarların sözlərinə görə, hüquq-mühafizə orqanları öz hərəkətləri ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu tənqid edən məlumatların yayılmasını məhdudlaşdırmaq istəyirlər.
Müəllif: Elmir Murad