16:01 - 19.10.2021
19 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1516 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox ( və ya 134 ədəd çox) minik avtomobili istehsal olunub.
ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycand 1214 ədəd minik avtomobili istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% (və ya 44 ədəd az) çox idi.
Beləliklə, sentyabrda Azərbaycanda 302 ədəd minik avtomobili istehsal edilib. Avqustda Azərbaycandakı müəssisələr tərəfindən 274 ədəd avtomobil buraxılmışdı.
13 Avqust 2026
13 Avqust 2026