Neft bahalaşır, Brent bir barelə $71,91 təşkil edir

09:56 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Ötən sessiyanın sonunda düşdükdən sonra, cümə günü ticarət zamanı etalon markaların qiymətləri yüksəlir.

Saat 9:27-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,46 (0,64%) bahalaşaraq bir barelə $71,91 təşkil edib. Sentyabrın 9-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $1,15 (1,58%) düşərək bir barelə $71,45 təşkil edib.

Saat 9:27-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,38 (0,56%) artaraq bir barelə $68,52 təşkil edib. Sentyabrın 9-da baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $1,16 (1,67%) enərək bir barelə $68,14 təşkil edib.

“Trading Economics”in məlumatına görə, bu həftə Brent neftinin qiyməti təxminən 1%, WTI - nin qiyməti 2% - dən çox aşağı düşə bilər.

ABŞ - ın Energetika Nazirliyinin dərc etdiyi məlumatlar ötən həftə ölkədə neft ehtiyatlarının 1,53 mln. barel azalaraq 423,87 mln. barelə qədər təşkil etdiyini göstərib.