16:11 - 6.08.2021
6 avgust, Fineko/abc.az. Cari ilin I yarısında Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) 38 milyon ABŞ dolları xərc çəkilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.
ABC.AZ “BP-Azerbaijan” şirkətinin açıqlamasına istinadla xəbər verir ki, son 1 ildə kəmərin əməliyyat xərcləri təxminən 23% artaraq 27 milyon dollara, əsaslı xərcləri isə 2,2 dəfə artaraq 11 milyon dollara çatıb.
2021-ci ilin yanvar-iyun aylarında CQBK-nin orta ötürücülük gücü 46,5 milyon kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən təxminən 42% çoxdur.
13 Avqust 2026
13 Avqust 2026