17:37 - 30.06.2021
30 iyun, Fineko/abc.az. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, bundan sonra elektrik enerjisi üçün gecə və gündüz tarifləri müəyyən edilib.
Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.
Qərar sabahdan qüvvəyə minir.
13 Avqust 2026
13 Avqust 2026