Neft bahalaşır, Brent bir barelə $70-ı keçdi

09:26 - 1.06.2021


1 iyun, Fineko/abc.az. OPEC+ nazirlərinin görüşünün gözləntilərinə əsasən, neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində yüksəlir.

OPEC+ (JMMC) Monitorinq Komitəsinin nazirləri və sonra bütün OPEC+ ölkələrinin nazirləri çərşənbə axşamı videokonfrans rejimində iclas keçirəcəklər.

Saat 8:50-də London ICE Futures birjasında keçirilən hərracda, Brent neftinin  avqust fyuçersləri barrel başına $0,90 (1,30%) – $70,22 səviyyəsinə yüksəldi. 31 may ticarəti nəticələrinə görə, avqust üçün Brent fyuçersləri $0,60 (0,87%) – bir barelə $69,32-ə yüksəldi.

Saat 8:50-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin iyul fyuçersinin qiyməti $1,31 (1,98%) – barel başına $67,63-ə yüksəldi. Mayın 31-də keçirilən hərracın nəticələrinə görə, WTI-nin iyul ayı üçün fyuçersinin qiyməti $0,51 (0,77%) - barrel başına $66,83-ə qədər artıb.

Ötən gün qərarların qəbulu üçün analitik zəmin hazırlayan Texniki Komitənin iclası keçirilib.

Məlumata görə, OPEC+ Texniki Komitəsinin iştirakçıları bu nəticəyə gəliblər ki, neft bazarında profisit hətta 2021-ci ildə neftə tələbatın aşağı düşməsi halında belə gözlənilmir.