09:49 - 26.04.2021
26 aprel, Fineko/abc.az. Bazar ertəsi ticarət gedişatında bəzi ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi təsiri ilə neftin etalon markalarının qiymətləri azalır.
Saat 9:30-da, London ICE Futures birjasında keçirilən hərracda Brent markalı neftin iyun fyuçersi $0,40 (0,61%), bir barelə $65,71 qədər ucuzlaşıb. Aprelin 23-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçersinin qiyməti $0,71 (1,09%) - barelə başına $66,11-dək artıb.
Saat 9: 30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun ayının fyuçersinin qiyməti $0,34 (0,55%) – barel başına $61,80-ə qədər azalıb. 23 aprel fyuçerslərinin nəticələrinə görə WTI-nin iyun ayına olan fyuçersi $0,71 (1,16%) – bir barelə $62,14 qiymətinə yüksəldi.
13 Avqust 2026
13 Avqust 2026