Neft qiymətləri müxtəlif istiqamətdə hərəkət edir, Brent bir barelə $55,57 təşkil edir

10:00 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Etalon markalı neftin qiyməti cümə günü keçirilən ticarətdə müxtəlif istiqamətlərdə dəyişir.

Saat 9:15-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in mart fyuçersinin qiyməti barrel başına $0,04 (0,07%), $55,57 səviyyəsinə yüksəldi. Yanvarın 28-də keçirilən hərracların nəticələrinə görə, Brent-in mart ayına olab fyuçersləri $0,28 (0,5%) - bir barelə $55,53 qiymətinə düşüb.

Mart müqavilələrinin müddəti bugünkü hərracların bağlanmasından sonra başa çatır. Brent-in aprel fyuçersi $0,07 (0,13%) - barel başına $55,17-ə yüksəldi.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,07 (0,13%) – barrel başına $52,27-ə qədər aşağı düşdü. Yanvarın 28-də keçirilən hərracların nəticələrinə görə, WTI-nin mart fyuçersi $0,51 (0,97%) - bir barelə $52,34-ə düşdü.