10:03 - 20.11.2020
20 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün bir qədər azaldıqdan sonra cümə günü sabitdir.
Saat 9:33-də London ICE Futures birjasında Brent yanvar neft fyuçersinin qiyməti barrel başına $ 44,20 səviyyəsində saxlanılır. Noyabrın 19-da hərracların nəticələrinə görə, yanvar ayına Brent fyuçersinin qiyməti $0,14 (0,32%), bir barelə $44,20 qədər azalıb.
Saat 9:33-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi barel başına $41,74 səviyyəsində qaldı. Noyabrın 19-da keçirilən hərracların nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $0,08 (0,19%) - $41,74-ə düşdü.
13 Avqust 2026
13 Avqust 2026