AMB depozit hərracında 28 günlük 100 mln. manat cəlb edib

12:12 - 11.03.2020


11 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB martın 11-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 313 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.     

Vəsaitlər 28 gün müddətinə cəlb edilib.        

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.