ABŞ Xəzinədarlığının istiqraz qərarı dolların kəskin ucuzlaşmasına səbəb olub

16:05 - 24.08.2026


24 avqust, Fineko/abc.az. ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessentin avqustun 19-da elan etdiyi uzunmüddətli qiymətli kağızların geri alınmasının artırılması qərarı valyuta bazarlarında dolların kəskin dəyər itirməsini tətikləyib.

Bəyanatdan sonra dollar son üç həftənin ən böyük günlük enişini qeydə alıb, nağd valyuta bazarında da intensiv satışlar müşahid olunub. "Barclays" bankının G-10 valyuta ticarəti üzrə həmsədri Torsten Şöneborn xüsusilə hedc-fond müştərilərinin dollar satışlarını əhəmiyyətli dərəcədə sürətləndirdiyini bildirib.

Piyasa iştirakçıları Xəzinədarlığın gəlirlilik əyrisini aktiv idarəetməyə keçməsini və uzunmüddətli borcları geri almaq üçün daha çox qısamüddətli qiymətli kağız buraxmasını dollara olan inamı zəiflədən əsas amil kimi qiymətləndirirlər. Mütəxəssislərin "Xəzinədarlıq Tvisti" adlandırdığı bu strategiyanın borclanma xərclərini azaltmaq məqsədi daşısa da, yekunda ABŞ valyutası üzərindəki təzyiqi artırdığı vurğulanır.