11:27 - 30.08.2019
30 avqust, Fineko/abc.az. Cari ilin iyul ayında vaxtı keçmiş kreditlərin həcmi artıb.
Bu barədə Mərkəzi Bankın açıqladığı statistik məlumatlarda qeyd olunub.
Açıqlanan statistik məlumatda vurğulanır ki, iyunun sonuna vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 486,5 milyon manat olduğu halda, iyulun sonuna bu göstərici 0,9 milyon manat artaraq 1 milyard 487,4 milyon manata çatıb.
Problemli kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi isə 11%-dən 10,9%-ə enib.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026