14:16 - 7.08.2019
7 avqust, Fineko/abc.az. Qlobal maliyyə şirkətlərindən olan “Societe Generale” Dollar/TL məzənnəsi barədə proqnozunu açıqlayıb. Şirkətin proqnozuna görə, Türkiyədə dolların 4.7026 lirəyədək düşmə ehtimalı var.
Proqnozun bu yöndə olması ABŞ və Çin arasında ticarət müharibəsinin Türkiyəyə təsirinin məhdudlaşması, ABŞ-ın Rusiyadan S-400 aldığına görə Türkiyəyə sanksiya tətbiq etmə riskinin azalmasından qaynaqlanır.
Qeyd edək ki, Türkiyədə bu gün Dollar/TL məzənnəsi 5.53 səviyyələrində olub.
12 Avqust 2026