Avqustun 5-də AMB depozit hərracında 150 milyon manat cəlb etməyi planlaşdırır

17:23 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, avqustun 5-də keçiriləcək depozit hərracında  bank 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.

Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,26% - 8,24% səviyyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.