“Amrahbank” daha da böyüyüb

11:30 - 1.08.2019


1 avqust, Fineko/abc.az. “Amrahbank” 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən, Bankın 2019-cu ilin II rübünün sonuna “Amrahbank”-ın gəlirləri artıb.

Belə ki, 2018-ci ilin I yarım ili ilə müqayisədə, bankın faiz gəlirləri 2 mln. 108 min AZN çox olub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 mln. 240 min AZN artaraq, 119 mln. 326 min AZN təşkil edib. Bankın depozit portfelində də atrım var.

Belə ki, 30 iyun 2018-ci il tarixinə depozit portfeli 148 mln. 429 min AZN, o cümlədən əhalinin əmanətləri 123 mln. 542 min AZN təşkil edirdi.