Yarım ildə banklararası ödəniş sistemləri vasitəsilə 131,3 milyard manatlıq əməliyyat aparılıb

16:51 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən bu ilin birinci yarısında Azərbaycanda banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi açıqlanıb.

Qeyd olunur ki,  cari ildə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 milyard manat, sayı 25 milyon 378 min ədəd təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5,1% və 41,3% artım olduğunu göstərir.

Bildirilir ki, Hökumət Ödəniş Portalı üzərindən yarım ildə həyata keçirilən əməliyyatların həcmi 1 milyard 412 milyon manat təşkil edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur. Sözügedən əməliyyatların 551 milyon manatı nağdsız qaydada həyata keçirilib. Bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 3,4 dəfə artıb.