Banklar 6 ayda müştərilərə 187.8 milyon manat depozit faizləri ödəyib

15:15 - 31.07.2019


31 İyul, Fineko/abc.az 2019-cu ilin 1-ci yarısında Azərbaycan bankları müştərilərinə 187.8 milyon manat depozitlər üzrə faizlər ödəyiblər.

Bu barədə  Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatında qeyd olunub.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə depozitlər üzrə faiz ödənişləri cüzi azalıb. Belə ki, banklar 2018-ci ilin 1-ci yarısında 189.8 milyon manat  depozitlər üzrə faizlər ödəmişdilər. 30 İyun 2019-cu il tarixində banklarda cəmi depozitlər (maliyyə institutları istisna olmaqla) 18 milyard 831.2 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 8 milyard 633.8 milyon manat, hüquqi şəxslərin depozitləri 10 milyard 197.4 milyon manat təşkil edib. Eyni tarixdə banklarda maliyyə institutlarının 1 milyard 38.2 milyon manat depozitləri olub.