11:54 - 31.07.2019
31 iyul, Fineko/abc.az. 2019-cu ilin 1-ci yarısında kommersiya bankları Mərkəzi Banka olan borclarını 177 milyon manat azaldıblar.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq statistik məlumatlarda qeyd olunub.
Statistik məlumatlarda qeyd olunub ki, 31 Dekabr 2018-ci il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 384.7 milyon manat təşkil edirdi. 30 İyun 2019-cu il tarixində bu tələblər 207.7 milyon manata geriləyib.
2018-ci ilin İyun ayının sonu ilə müqayisədə Mərkəzi Bankın banklara qarşı tələbləri 231,1 milyon manat azalıb.
Müştərilərə verilən kreditlərin 13 milyard 146 milyon manata çatdığını nəzərə alsaq, bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payı çox aşağıdır.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026