14:13 - 19.07.2019
19 iyul, Fineko/abc.az. “VTB Bank Azərbaycan” 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə hesabatını təqdim edib.
Hesabata görə, bank sözügedən dövrü 4 milyon 712 min manat xalis mənfəətlə başa vurub.
Bankın rüblük hesabatında göstərilir ki, 2019-cu ilin yanvar-iyun dövründə “VTB Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirləri 6 milyon 480 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 10 milyon 253 min manat təşkil edib.
Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 773 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 8 milyon 486 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 4 milyon 712 min manat xalis mənfəət qalıb.
12 Avqust 2026