10:20 - 19.07.2019
19 İyul,Fineko/abc.az. AgBank 2019-cu ilin birinci yarısını 897 min manat zərərlə başa vurub.
“AGBank”ın maliyyə hesabatına əsasən, 2019-cu ilin yanvar-iyun dövründə “AgBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 21 milyon 867 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 4 milyon 968 min manat daxil olmaqla cəmi gəlirlər 26 milyon 836 min manat, cəmi xərclər isə 27 milyon 733 min manat təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə Bankın zərəri 1,8 dəfə azalıb. Belə ki, “AgBank” ötən ilin birinci yarısını 1 milyon 575 min manat zərərlə bitirmişdi.
12 Avqust 2026