10:47 - 11.07.2019
11 İyul, Fineko/abc.az. Bank Avrasiya qiymətli kağızlara qoyduğu investisiyanın həcmini artırıb.
Belə ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə bu ilin ilk 6 ayında sözügedən bank qiymətli kağızlara investisiyanı 2.23 dəfə artırıb.
Bank 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə isə qiymətli kağızlara investisiyanı 50.15% çoxaldıb.
Cari ilin 6 ayının hesabatına görə bankın qiymətli kağızlara investisiyası bankın aktivlərinin 23.13% təşkil edir.
Qeyd edək ki, bankın aktivləri ötən ilin ilk yarısı ilə müqayisədə 15.6% azalaraq 195 mln 897 min manat olub.
12 Avqust 2026