12:16 - 1.07.2019
1 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 1 iyul tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 701,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
14 Avqust 2026
14 Avqust 2026