16:41 - 3.06.2019
3 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2019-cu ilin yanvar-may aylarında 4,3% artıb.
AMB-nin məlumatına görə, valyuta ehtiyatları 2019-cu il iyunun 1-nə olan vəziyyətə görə 5,870,9 milyon dollar təşkil edib, yanvarın 1-də isə bu göstərici 5,625,7 milyon dollar təşkil edib.
2019-cu ilin may ayında Mərkəzi Bankın valyuta ehtiyatları 81,9 milyon dollar (1,4%) artıb.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə valyuta ehtiyatları 34,2% artıb.
12 Avqust 2026