12:22 - 31.05.2019
31 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, depozit hərracı iyunun 3-də keçiriləcək.
“Hərrac vasitəsilə 6,76%-8,74% dərəcə ilə 100 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.
12 Avqust 2026