16:37 - 13.05.2019
13 may, Fineko/abc.az. Cari ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 191 milyon dollar əməliyyat xərcləri və 267 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Birinci rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
Rüb ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə təqribən 20 milyard) standart kubmetrdir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026