16:35 - 10.04.2019
10 aprel, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilin ikinci yarısında yeni biznes strategiyasını həyata keçirməyi planlaşdırır.
Bu barədə Azərbaycanın Dövlət Neft Fondunun icraçı direktoru, ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov Trend-ə bildirib.
“Hazırda ABB-nin biznes strategiyasının inkişafı üzrə iş davam etdirilir. Bankın müvafiq idarəetmə orqanlarının ətraflı işi və təsdiqindən sonra bu ilin ikinci yarısında bu strategiyanın həyata keçirilməsi başlayacaq”, - Şahmar Mövsümov bunu deyib.
Həmçinin o, bankın özəlləşdirilməsi barədə danışmağın hələ tez olduğunu əlavə edib.
12 Avqust 2026