14:27 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) dörd dövlət istiqrazı üzrə cəmi 5 milyard lirə məbləğində birbaşa alış hərracı təşkil edib.
Bu addımla Mərkəzi Bank aprelin 3-dən bəri ilk dəfə dövlət istiqrazlarının birbaşa alışı hərracına çıxıb.
Açıqlanan şərtlərə əsasən, keçirilən hərraclarda yalnız bazar yapıcı (market maker) bankların təklifləri qiymətləndirməyə qəbul ediləcək.