Brent 91 dolları keçdi – Neft dörd gündür bahalaşır

09:25 - 19.08.2026


19 avqust, Fineko/abc.az. ABŞ və İranın Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı ziddiyyətli bəyanatları fonunda neft qiymətləri dördüncü gündür ki, yüksəlir.

"Brent" markalı xam neftin qiyməti 0,29% artaraq 91,28 dollara, WTI nefti isə 37 sent bahalaşaraq 85,31 dollara çatıb. Hər iki göstərici 24 iyul tarixindən bəri en yüksek səviyyədədir.

Yaxın Şərqdəki münaqişələr səbəbindən Çinin iki böyük gəmiçilik şirkəti tankerlərini Hörmüz və Babülməndəb boğazlarından keçirməyi dayandıraraq neft yüklərini Fars körfəzindən kənarda toplamağa başlayıb.

API verilərinə görə, ABŞ-də neft və distillə olunmuş məhsul ehtiyatları azalıb. Bazarlar bu gün açıqlanacaq rəsmi EIA hesabatını gözləyir (analitiklər ehtiyatların 600 min barel azalacağını proqnozlaşdırır).