“Emirates” aviaşirkəti Dubayda JW Marriott otelində pulsuz qalma kampaniyası təqdim edir

20:07 - 24.06.2026


24 iyun, Fineko/abc.az. “Emirates” aviaşirkəti 22 iyun–12 iyul 2026 tarixlərində aviabilet alan sərnişinlər üçün JW Marriott Marquis Dubai otelində pulsuz qalma imkanı təqdim edən qlobal kampaniya elan edib. 

ABC.AZ xəbər verir ki, təklif 25 iyun–30 sentyabr tarixlərində səyahətlərə şamil olunur və bütün uçuş siniflərini əhatə edir: Economy və Premium Economy üçün 1 gecə, Business və First Class üçün isə 2 gecə pulsuz qalma nəzərdə tutulur.

Kampaniya Dubayda 24 saatdan çox stopover edən sərnişinlərə də aiddir və bütün satış kanalları vasitəsilə mümkündür. Eyni zamanda, turistlərə yay mövsümündə keçiriləcək Dubai Summer Surprises festivalından da yararlanmaq tövsiyə olunur.