“Kapital Bank” ASC dəyişiklik olub

17:28 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan “Kapital Bank” ASC-nin rəhbərliyində mühüm kadr dəyişikliyi baş verib.

ABC.AZ xəbər verir ki, İlya Arxipov bankın Müşahidə Şurasının yeni üzvü seçilib. O, bu vəzifədə “PASHA Holding” MMC-ni təmsil edən Cəlal Qasımovu əvəz edib.

Bu təyinatdan sonra “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:

  • Fərid Məmmədov — Müşahidə Şurasının sədri;

  • Oqtay Həsənov — Müşahidə Şurasının üzvü;

  • İlya Arxipov — Müşahidə Şurasının üzvü;

  • Aleksey Aleksandroviç Marey — Müstəqil üzv;

  • Marqarita Vladimirovna Koşman — Müstəqil üzv.